30 mart 2016 20:20
Vəli Qasımov: Oyunu düzgün təşkil etdik və qalib gəldik
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun oldu. Oyunu düzgün təşkil etdik və qələbə qazandıq. Maksim Vaylo iki oyunda yaxşı çıxış etmişdi. Ona görə bu oyunda onu meydana buraxdıq. Amma komanda o qədər də yaxşı çıxış etmədi. Əks-hücumlarda qol vurmağa çalışırdıq". (СВС)
