30 mart 2016 20:00
Reynaldo qayıdışını qolla qeyd etdi
"Qarabağ"ın braziliyalı müdafiəçisi Reynaldo uzun fasilədən sonra nəhayət ki, bu gün Ağdam klubunun heyətində növbəti rəsmi matça çıxıb. Azerisport.az xəbər verir ki, o, "Rəvan"la qarşılaşmanın ikinci yarısında meydana daxil olub.
Forvard meydana çıxandan cəmi iki dəqiqə sonra komandasının dördüncü qolunu vurub. "Qarabağ" bu görüşdə 5:1 hesabıyla üstün olub.
