30 mart 2016 17:40
Ruslan Qurbanov: Kimin qalib gələcəyinə yalnız matçın sonunda aydınlıq gələcək
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyun çətin olacaq. Həm də səfərdə oynayacağıq. Buna baxmayaraq, üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. "İnter" həmişə yaxşı komanda olub. Bütün problemlərinə baxmayaraq, bu komanda həmişə yaxşı çıxış edib. Maraqlı oyun olacaq. Kimin qalib gələcəyinə yalnız matçın sonunda aydınlıq gələcək".
