30 mart 2016 17:20
Ramazan Abbasov: Liderlə oyunda ən azı bir xal qazanmaq istəyirik
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" son illərdə Azərbaycan futbolunda bir nömrədir. Bu gün də məhz bu rəqibə qarşı oynayacağıq. Onlardan ən azı bir xal almaq istəyirik. Bu, bizim üçün yaxşı nəticə olardı. "Rəvan"a qarşı kimin oynamasından asılı olmayaraq, "Qarabağ" istənilən halda güclüdür. Onlara qol vurmaq istəyirəmmi? Fərqi yoxdur. Əsas komandamızın müsbət nəticə qazanmasıdır. Kimin qol vurmasından asılı olmayaraq, vacib olan bu görüşdə uduzmamaqdır".
