30 mart 2016 16:40
Mirhüseyn Seyidov: Neftçi ilə oyunda heç bir prinsipiallıq yoxdur
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qələbəyə oynayacağıq. "Neftçi"nin yetirməsi olsam da, bu gün bu klub mənim komandamın rəqibidir. Bu görüş mənim üçün çempionatın adi oyunlarından biridir. Hansısa xüsusi əhəmiyyət daşıdığını deməzdim. Burada heç bir prinsipiallıq da yoxdur. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Meydana çıxmaq istəyərdim. Zaur Svanadze şans versə, oynayacağam".
