30 mart 2016 16:00

Könüllülük proqramına qeydiyyat başlanır

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 üçün könüllü cəlb olunması prosesinə start verilib. Azerisport.az xəbər verir ki, AFFA öz ənənəsinə sadiq qalaraq bu mötəbər yarışda da könüllülərin əvəzsiz xidmətindən yararlanacaq.

Turnir zamanı 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, akkreditasiya, qonaqpərvərlik, tibb, nəqliyyat, könüllülərin idarəedilməsi aiddir.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs http://www.affa.az/index.php/ctimaiyyt/knlllr/knll-ol/2508 linkinə keçid edərək qeydiyyat formasını doldura bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs aprel ayında müsahibəyə dəvət ediləcək.

AÇ-də könüllü kimi iştiraka qəbul ediləcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün çempionatdan öncə stadionlarda təlimlər keçiriləcək.

AÇ-nin yerli və xarici şəxslərdən formalaşacaq 800 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 2016-cı il martın 30-dur. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.

Qeydiyyatla bağlı suallar yaranarsa, [email protected] email ünvanına göndərmək mümkündür. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.