30 mart 2016 13:20
Kazbek Tuayev: Böyükağa Hacıyev bu nə axmaq fikirdir səsləndirib?
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Böyükağa Hacıyevin "Qəbələ"nin müdafiəçisi Pavel Paşayevin Azərbaycan yığmasına yuxarıdan tapşırıldığı üçün dəvət olunduğu barədə açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə şeyləri açıqlamaq ən azından hörmətsizlikdir. Bu nə axmaq fikirdir, o deyib? Hacıyev yaxşı mütəxəssisdir və belə sözləri dilə gətirməsi düzgün deyil. Robert Prosineçki hər bir futbolçuya özünü göstərmək imkanı verirsə, bu, o demək deyil ki, onları yuxarıdan kimsə tapşırıb. Onun niyə belə dediyini anlamıram. Bizə qarşı Rusiya və Ukraynadan az təxribat xarakterli açıqlamalar var?"
