30 mart 2016 12:20
Şehiç izlədi, bosniyalılar İsveçrə üzərində qələbəyə sevindi
Bosniya və Herseqovina yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu bu ölkənin milli komandası səfərdə İsveçrə ilə qarşılaşıb.
Matç bosniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şehiç matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
