30 mart 2016 12:00
Sergey Zenyov Estoniyanı Serbiyaya məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Estoniya yığması ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun da formasını geyindiyi bu ölkənin milli komandası Serbiya yığması ilə qarşılaşıb.
Görüş estonların 0:1 hesablı məğlubiyyəti iə başa çatıb. Bu oyunda Zenyov da iştirak edib. Start heyətdə meydana çıxan təcrübəli forvard 82-ci dəqiqədə əvəzlənib.
