30 mart 2016 11:20
Albaniya yığması Aqollisiz qələbə qazandı
Albaniya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu bu komanda Lüksemburqla qarşılaşıb.
Matç albanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bir neçə gün öncə Albaniya yığmasının Avsriya ilə yoxlama matçında 90 dəqiqə meydanda olmuş Aqollini məşqçilər korpusu Lüksemburqla görüşdə meydana buraxmayıblar.
