30 mart 2016 19:53

İnter Neftçiyə, Zirə Kəpəzə, Qəbələ AZAL-a uduzdu

Bu gün Topaz Premyer Liqasında üçüncü dövrəyə yekun vurulub. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək 27-ci turun qarşılaşmaları eyni gündə baş tutub.

Turun mərkəzi oyununda avrokuboklara vəsiqə uğrunfa mübarizə aparan "Kəpəz"lə "Zirə" üz-üzə gəlib. Şahin Diniyevin komandası doğma meydanda iddialı rəqibi üzərində inamlı qələbəyə sevinib.

Bu oyunla eyni saatda "Qəbələ" səfərdə AZAL-ın qonağı olub. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Turnir cədvəlinin alt pillələrində qərarlaşan "Sumqayıt"la "Xəzər Lənkəran" bu turda bir-biri ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qələbə meydan sahiblərinə qismət olub.

Lider “Qarabağ” bu tur çempionatın aşkar autsayderi “Rəvan”ı qəbul edib. Ağdam klubu gözlənildiyi kimi, asan qələbəyə sevinib.

Nəhayət, turun qapanış matçında iki paytaxt klubu - "İnter"lə "Neftçi" qarşılaşıb. Paytaxt derbisinin taleyini bir qol həll edib ki, onu da penaltidən fərqlənən qonaqların forvardı Ruslan Qurbanov vurub.

Topaz Premyer Liqası
27-ci tur

30 mart (çərşənbə)

“Kəpəz” - “Zirə” - 2:0 (0:0)
Qollar: T.Axundov, 64-pen. (1:0). T.Rzayev, 79 (2:0).
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 9. Namiq Ələsgərov, 7. Junior Osvaldo, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 4. Elvin Cəbrayıllı, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
“Zirə”: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 11. Viktor İqbekoyi, 6. Vüqar Mustafayev, 17. Nicat Qurbanov, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Rəşad Abdullayev, 28. Təmkin Xəlilzadə, 32. Luiz Alberto Diez, 90. Vüsal İsgəndərli, 5. Adil Nağıyev, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.

AZAL - “Qəbələ” - 2:1 (0:1)
Qollar: A.Qay, 36-pen. (0:1). T.Hümbətov, 53 (1:1). M.Səttarlı, 73 (2:1).
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov.
Bakı. "AZAL Arena".

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 22. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 5. Kamil Hüseynov, 21. Murad Səttarlı, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 23. Hacı Əhmədov, 20. İsmayıl İbrahimli, 19. Məhəmməd Bədəlbəyli, 10. Nuqzar Kvirtiya, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 11. Asif Məmmədov, 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 3. Voyislav Stankoviç, 5. Pavel Paşayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.

“Sumqayıt” - “Xəzər Lənkəran” - 2:1 (0:0)
Qollar: Z.Mirzəzadə, 47-pen. (0:1). N.Məmmədov, 50-öz qapısına (1:1). M.Ağayev, 90 (2:1).
Qırmızı vərəqə: M.Rəhimov, 70.
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə.
Baş məşqçi: Samir Abasov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaqif Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bayram Budaqov, 12. İlyas Səfərzadə, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

“Qarabağ” - “Rəvan” - 5:1 (1:0)
Qollar: M.Madera, 16 (1:0). M.Muarem, 53 (2:0). R.Almeyda, 55 (3:0). Reynaldo, 64 (4:0). Y.Həmid, 68 (4:1).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov.
Bakı. “Azərsun Arena”.

“Qarabağ”: 63. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.
“Rəvan”: 12. Elçin Sadıqov, 19. Hüseyn Axundov, 16. Orxan Lalayev, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov (k), 5. Mirkamil Haşımlı, 99. Əziz Hüseynov, 2. Ruslan Tağızadə, 15. Ceyhun Abdullayev, 8. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 86. Yasin Həmid, 98. Ülvi Kələşov, 9. Nuran Qurbanov, 92. Yamin Ağakərimzadə, 13. Cəmşid Məhərrəmov, 38. Zeki Sinan Akkoyun.
Baş məşqçi: Bəhmən Həsənov.

“İnter” - “Neftçi” - 0:1 (0:0)
Qol: R.Qurbanov, 51-pen. (0:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 4. Laşa Kasradze, 3. Denis Silva, 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 12. Ruslan Əmircanov, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.
“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos (k), 20. Anyete, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.

Bombardirlər:
10
- Nelson Bonilya ("Zirə").
8 - Riçard Almeyda ("Qarabağ"), Dani Kintana ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.