30 mart 2016 00:35
Muarem: Yığmaya dəvət almadığım üçün üzülmürəm
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Makedoniya yığmasına dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya dəvət almadığım üçün məyus olmuram. Baxmayaraq ki, son dövrlərə qədər dəvət alırdım. İqor Angelevskinin qərarına hörmətlə yanaşıram. Amma öz növbəmdə öz üzərimdə daha çox çalışacağam ki, yenidən yığmaya dəvət alım".
