30 mart 2016 00:25
İnterin futbolçusu Qazaxıstan yığmasına qalib gəlməyə kömək edə bilmədi
Futbol üzrə Gürcüstan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə komandası Tiflisdə Qazaxıstan yığması ilə qarşılaşıb.
Matç 1:1 hesabıyla başa çatıb. Bu oyunun ikinci hissəsində "İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri də meydana çıxıb.
Xatırladaq ki, Qazaxıstan yığması martın 26-da Antalyada Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlmişdi.
