29 mart 2016 20:15

David Petrkeviç: Futbol Azərbaycanda populyardır, amma birinci yerdə deyil

"Qəbələ"nin polşalı qapıçısı David Petrkeviç ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Ötən yay yenidən Azərbaycana qayıdaraq, "Qəbələ"yə keçdiniz. Amma indi bu qayıdışınızın uğursuz alındığını demək olar?
- Əlbəttə, meydana daha çox çıxmaq istəyərdim. Amma qayıdışımın uğursuz alındığını da deməzdim. Çünki uzun fasilədən sonra Avropa Liqasının qrup mərhələsində çıxış edən kluba keçdim. Oyun təcrübəmin az olmasına baxmayaraq, özümü zəif hesab etmirəm. Öz işimi görürəm, mübarizə aparıram və hesab edirəm ki, hər şey qaydasındadır (gülür).

- Polşalı futbolçular Azərbaycanda necə yaşayırlar?
- Azərbaycanda fərqli mədəniyyət var və bu üzdən təbii ki, bura polşalılar üçün ekzotikdir. Burada özüm üçün çoxlu yaxşı dost qazanmışam. Onlar sizə hər an kömək etməyə hazırdırlar. Buna görə onları sevirəm, hörmət edirəm. Artıq üç ildir Azərbaycandayam və çox şey bilirəm. Burada varlılar və kasıblar var, orta hədd yoxdur. Bunu hər addımda görmək olur. Məsələn, kimin pulu var, "Porşe", "Land Rover"də gəzir, kasıblar isə hər an xarab olması mümkün olan sınıq-salxaq "Lada"da. Öncə mənə burada yaşamaq çətin idi. Amma aylar keçdikcə alışmağa başladım və mənə daha asan oldu.

- Azərbaycanda üzləşdiyiniz ekstremal vəziyyətlər olub?
- Yerli insanları tanımaq lazımdır. Çünki hər kəsin öz yolu var. Hər kəs həyatını öz istədiyi kimi qurur.

- Yerli əhali sizin oyunlara gəlməkdə nə dərəcədə maraqlıdır? Ümumiyyətlə, Azərbaycanda futbola yanaşma necədir?
- Azərbaycan kiçik ölkədir. Stadionlarına da çox adam gəlmir. Bu baxımdan daha yaxşısını arzulamaq lazım gəlir. Amma komanda yaxşı nəticələr qazanmağa başlayanda, insanların da marağı artır. Futbol Azərbaycanda populyardır, amma birinci yerdə deyil.

- "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- "Qəbələ" üçün Avroliqanın qrupunda çıxış etmək tarixi uğur idi. Məsələn, "Qarabağ" Azərbaycanda buna iki dəfə nail olub. Burada keçirdiyim üç il ərzində gördüklərimə əsasən, Azərbaycanda futbolun qalxdığını deyə bilərəm. Amma son dövrlərdəki istisadi böhran Azərbaycana da təsirini göstərdi. Artıq klublar futbolçularına əvvəlki kimi böyük pullar xərcləmirlər. Buna görə əcnəbilərin gəlişində də azalma var.

- Əvvəlki klubunuz "Simurq"la "Qəbələ"ni necə müqayisə edə bilərsiniz?
- "Simurq" "Qəbələ" ilə müqayisədə böyük klub deyildi və peşəkar səviyyədə idarə olunmurdu. Sadəcə, pulları var idi, yaxşı komanda formalaşdırmaq istəyirdilər. Üç il ərzində buna nail oldular. İndi həmin komanda birinci divizionda çıxış edir və əvvəlki imkanı yoxdur. Orada bizim bir işimiz var idi: məşq etmək, oynamaq. Həmçinin klubun bazası indiki klubumun bazası kimi yaxşı deyildi.

- Azərbaycanlı futbolçularla legionerlər arasında xoşagəlməz hallar olur?
- Xeyr, heç bir bölgü yoxdur. Azərbaycanlılarla birgə oynamaq həm xoşdur, həm də faydalı. Hər şey gözəldir.

- "Qəbələ" ilə müqavilənizin müddəti yayda başa çatır. Azərbaycanda qalacaqsınız, ya Polşaya qayıdacaqsınız?
- Hələ bu barədə heç nə deyə bilmərəm. Çünki heç bir qərar qəbul etməmişəm. Zamanla təbii ki, həm özümə, həm də ailəmə uyğun olan variantı seçəcəyəm. Nə vaxtsa vətənə qayıdacağım da dəqiqdir.

(GOL24)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.