29 mart 2016 17:40
Elbrus Məmmədov: Sumqayıta qalib gələcək gücümüz var
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki var. Vüqar Bəybalayev zədəli olduğundan qarşıdakı oyunu buraxacaq. Komandanın digər üzvləri sıradadır. Qələbəyə ümid edirik. Gənc heyətimiz var. Amma "Sumqayıt"a qalib gələcək gücümüz də var".
