29 mart 2016 16:20
Vəli Qasımov: İnterə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itkilər var. Nikolas Kanales, Aylton və Rəhman Hacıyev bu görüşü buraxa bilər. Yığma üzvləri yorğun qayıdıblar. Nə qədər üzücü olsa da, "Neftçi" hazırda yeddinci pillədə qərarlaşıb. Amma biz bu mövqedə qalmaq istəmirik. Qələbə qazanmaq və vəziyyətimizi yaxşılaşdırmalıyıq. "İnter"ə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
