29 mart 2016 16:00
Roman Qriqorçuk: AZAL-la oyunda qələbəyə köklənmişik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı çalışmışıq. Düzdür, hazırlığımız yığma üzvləri olmadan baş tutub. Bu gün onları da heyətdə görməyi planlaşdırıram. Onların vəziyyətini qiymətləndirib, sabah meydana kimlərin meydana çıxacağına aydınlıq gətirəcəyik. Qələbəyə köklənmişik. Buna nail olacağımıza inanırıq".
