29 mart 2016 15:20

Bəxtiyar Musayev: Slavço Georgiyevski etiraf etdi və üzr istədi

"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev Slavço Georgiyevskinin ötən gün saytımıza verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirib. Azerisport.az saytına açılqmasında o, bunları söyləyib:

"Son dövrlər mətbuata açıqlama verib, sonradan onu danmaq dəbə minib. Georgiyevskinin saytınıza açıqlamalarını oxuyandan sonra ilk işim ona zəng vurmaq oldu. Ondan bu sözləri deyib-demədəyini soruşdum. Etiraf etdi ki, söyləyib.

Dedim ki, vaxtilə birgə işləyəndə heç bir problemimiz olmayıbsa, niyə indi məni bu klubda lazımsız hesab edirsən? O, rus dilini bilir. Buna görə də biz çox söhbət etdik. Həm futboldan, həm də digər məsələlərdən. Slavço etiraf etdi ki, mənimlə heç bir problemi olmayıb. Sadəcə, komandada niyə kənar qaldığını anlamayıb. Mən ona çempionatın qalibi olmağımıza necə kömək etdiyini xatırlatdım, amma sonradan müqavilənin yenilənməməsinə qərar verildi. Komandanın onun gedişindən sonra necə oynadığını, Avroliqanın qrup mərhələsinə necə vəsiqə qazandığını anlatdım. Hətta Slavçoya "Neftçi"dən ayrılandan sonra da heç bir problemimizin olmadığını xatırlatdım. İndi o, müsahibə verir, məni tənqid edir. Sözlərindən incidiyimi görüb, üzr istədi. Ola bilər ki, mən müsahibə verməməklə, "Neftçi"də necə futbolçu və məşçqi karyeramın olması barədə danışmamaqla düz etmirəm. Amma Georgiyevski istənilən halda belə fikir səsləndirməməli idi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.