29 mart 2016 14:40

Yovan Krneta: Azərbaycan çempionatının zəif olduğundan danışmağı yersiz hesab edirəm

"Zirə"nin serbiyalı müdafiəçisi Yovan Krneta Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Özünüzü "Zirə"də necə hiss edirsiniz?
- Mövsümün əvvəlində bizim belə uğurlu çıxış edəcəyimizə heç kim inanmazdı. Amma hazırda ikinci pillədə layiqli şəkildə qərarlaşmışıq. Bu, bizə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa imkan verir. Hər oyundan sonra turnir cədvəlinə baxıram. Özümüzü inamlı hiss edirik. Öz imkanlarımıza inanırıq.

- Amma avrokuboklarda iştirakınız böyük sual altındadır...
- Bir legioner kimi bu məsələyə o qədər də fikir verməməyə çalışıram. Nə olsa da, ruhdan düşməməliyik.

- Qarşıda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərinizdən biri olan "Kəpəz"lə oyun var...
- "Kəpəz" bizim üçün rahat rəqib deyil. Onlara qarşı səfərdə oynamaq daha çətindir. Bu mövsüm Gəncə klubu ilə iki heç-heçə etmişik. Üçüncü oyunda kimin qələbə qazanacağını proqnozlaşdırmaq çətindir.

- "Zirə"yə bu oyunda heç-heçə də sərf edir...
- Amma bu, bizim meydana heç-heçə üçün çıxacağımız anlamına gəlmir. Sadəcə, oyunun gedişatından asılı olaraq, heç-heçənin bizim üçün sərfəli nəticə sayılması mümkündür. Məsələn, rəqibdən pis oynasaq.

- Ötən mövsüm bu iki klub birinci divizionda çıxış edirdi, indi isə elitada üst pillələr uğrunda mübarizə aparırlar. Bu, komandaların gücündən xəbər verir, ya Premyer Liqanın səviyyəsinin aşağı düşməsindən?
- Böyük ehtimalla birinci variant. "Kəpəz"in uğurlu çıxışı heç kimi təəccübləndirməməlidir. Gəncə böyük şəhərdir və onun belə güclü komandasının olmalıdır. "Zirə" də yeni komandadır. Yaxşı yerli oyunçuları var, keyfiyyətli legionerlər dəvət olunub. Azərbaycan çempionatının zəif olduğundan danışmağı yersiz hesab edirəm. Çünki elə bu mövsüm iki klub Avropa Liqasının qrup mərhələsində çıxış edirdi.

- Yəqin ki, Azərbaycanda vaxtilə legionerlərin çoxlu pul qazandığınızdan xəbəriniz var. Amma indi maliyyə problemləri klublarımızı elə bədxərclikdən çəkindirir. Düşünmürsünüz ki, ölkəmizə gec gəlmisiniz?
- Bunu bilirdim. Amma "Zirə"yə gələrkən pul barədə düşünmürdüm. Normal komanda tapmaq istəyirdim. Müdafiəçiyəm, cəmi 23 yaşım var. Hələ uzun müddət futbol oynaya bilərəm. Qazanmağı hər kəs istəyir. Azərbaycana gələrkən dost-tanışla da məsləhətləşdim. Onlar Azərbaycana getməyimin səhv addım olmayacağını bildirdilər.

- Müqavilənizin müddəti mövsümün sonunda bitir. Planlarınız necədir?
- Sabah nə olacaq, bilmirik. Burada hər şey xoşuma gəlir. Bakıda yaşamaq xoş təsir bağışlayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.