29 mart 2016 14:20

AFFA-dan Neftçiyə texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə ölkə birinciliklərində baş verən qayda pozuntularına da hüquqi qiymət verilib:

U-19 Liqasında “Xəzər Lənkəran” – “Neftçi” İK İB matçının 47-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Arzu Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 61-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Balarza Qədirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Hüseyn Salayev öz komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.

U-19 Liqasında “Rəvan” – “Qarabağ” matçının 15-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Məhəmməd Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 90-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Elman Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

U-19 Liqasının AZAL – “Rəvan” matçının 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Məhərrəm Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-16 Liqasının AZAL - “Neftçi” matçının 80-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Əli Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-16 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-15 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-15 Liqasının “Sumqayıt” – “Zirə” matçının 65-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Rüfət Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-15 Liqasının “Kəpəz” - “Rəvan” matçının 60-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Röyal Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-15 Liqasının AZAL - “Vətən” matçının 65-ci dəqiqəsində AZAL-ın futbolçusu Hüseyn Axundov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

U-14 Liqasının “Turan” İB (Tovuz) - UGİM Qala (Şəmkir) matçının 59-cu dəqiqəsində UGİM Qala-nın futbolçusu Məhəmməd Abdullayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-13 Liqasının UGİM (Saatlı) – MKT Araz (İmişli) matçının 40-cı dəqiqəsində MKT Araz-ın futbolçusu Rəvan Bəyərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-12 Liqasında Təhsil RİM (Sumqayıt) – Sumqayıtspor (Sumqayıt) matçının 48-ci dəqiqəsində "Sumqayıtspor"un futbolçusu Elnar Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-10 Liqasının “Rəvan” FK – “Neftçi” İK İB matçında “Neftçi”nin iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Azərbaycan Həvəskarlar liqasının “Cəfəri 313” – “The Shadors”  matçının 45-ci dəqiqəsində “Cəfəri 313” klubunun futbolçusu Malik Soltanov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.