29 mart 2016 13:40
Zaur Svanadze: Problemlər olsa da, Neftçi ilə matçda qələbəyə oynayacağıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı oyun bizim üçün çətin olacaq. Gürcüstan yığmasının düşərgəsində olan Nika Kvekveskiridən əlavə, xəstə olan Fuad Bayramov da komandamıza kömək edə bilməyəcək. Sezar Meza Kollinin zədəsi var. Nizami Hacıyev komandaya yeni qoşulub. Bütün bunlara baxmayaraq, qələbəyə oynayacağıq. Çünki rəqibi öz meydanımızda qəbul edəcəyik. "Neftçi" turnir cədvəlinin aşağı pillələrində qərarlaşsa da, asan oyun gözləmirik. Qələbə qazanmağa çalışacağıq".
