29 mart 2016 12:45
İnter futbolçusunun yığmada oynamasına problem yaratmaq istəmədi
Bu gün futbol üzrə Gürcüstan yığması Tiflisdə Qazaxıstan yığması ilə yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu görüşdə "İnter"in yarımmüdafiəçisi Nika Kvekveskirinin də meydana çıxması gözlənilir.
Bu səbəbdən də o, sabah "İnter"in Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi" ilə oyununda iştirak edə bilməyəcək. "İnter"dən aldığımız məlumata görə, onlar Gürcüstan Futbol Federasiyasına futbolçunu klubunun düşərgəsinə buraxmaqla bağlı müraciət etməyiblər. Bunun səbəbi isə Gürcüstan yığmasının yeni baş məşqçiyə - Vladimir Vayssa tapşırılmasıdır. Paytaxt klubu futbolçunun yığmada özünü göstərməsinə şərait yaratmağa qərar verib, yeni baş məşqçi onu iş başında görsün.
