29 mart 2016 12:30
Horst Hrubeş: Rusiyanın Azərbaycana qarşı son matçını izləmişik
Almaniyanın U-21 yığmasının baş məşqçisi Horst Hrubeş AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəkləri oyun öncəsi millimizin ruslarla səfərdə 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən də söz açıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rusiya yığmasını öyrənmişik. Çoxlu video izləmişik. Şübhəsiz ki, bu komandanın Azərbaycana qarşı keçirdiyi son oyununu da görmüşük. Rusiya yığmasında yaxşı və səviyyəli futbolçuların cəmləşdiyini qeyd edə bilərəm".
