29 mart 2016 12:00

Elvin Camalov: Uğurlu seriyaya başlamalıyıq

“Qəbələ” Topaz Premyer Liqasının 27-ci turunun AZAL-la oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığmalarının heyətində olan futbolçular da, bu gün paytaxtda oyunöncəsi son məşqinə çıxacaq komandayla birgə çalışır.

U-21-in düşərgəsindən qayıdan Elvin Camalov üçüncü dövrənin son oyununa hazırlıq barədə fikirlərini klub saytına açıqlayıb: “Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq. İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb. Səfərdə oynadığımızdan bizi çətin görüş gözləyir. Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq”.

Gənc yarımmüdafiəçi bu görüşdə hədəfin yalnız 3 xal olduğunu bildirib: “Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, cari mövsümdə AZAL-la oyunlarda (2:0, 0:0) 4 xal qazanan “Qəbələ” son 3 matçda rəqibindən qol buraxmayıb. Komanda uduzmadığı səfərdəki son 5 oyunda 4 qələbə qazanıb və 1 heç-heçə edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.