29 mart 2016 11:30

Süleymanov: Georgiyevski kimdir ki, Sadıqova kimlə çalışmasına dair məsləhət verir?

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov bu komandanın keçmiş yarımmüdafiəçisi Slavço Georgiyevskinin saytımıza açıqlamalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Georgiyevski kimdir ki, Sadıq Sadıqova kiminlə işləyib, kiminlə işləməməsinə dair məsləhət verir? Bizim beş illik fəaliyyətimiz dövründə "Neftçi"nin hansı uğurlara imza atdığı göz önündədir. Slavço bizimlə iki dəfə çempion oldu. Amma biz düzgün qurulmuş iş sayəsində daha bir neçə dəfə çempion olduq. Bir halda ki, o, belə qəhrəmandır, niyə "İnter"ə keçəndən sonra çempion olmadı?"

"Yəqin unudub ki, "Neftçi" güclənəndən sonra "İnter"lə oyunda Erik Ramos onu öz qapısına doğru necə sıxışdırmışdı. Çox təəssüf ki, illər sonra Slavço belə "mahnılar oxumağa" başlayıb. Vaxtilə bir gündə yüz dəfə "vitse, vitse" deyə müraciət edirdi, az qala qarşımda əyilirdi. Yəqin, yaddaşı korlanıb, vaxtilə olanları unudub".

Süleymanov həmçinin Georgiyevskinin Avropa Liqasının qrup mərhələsində çıxış edən "Neftçi"nin həmin heyətinin Arif Əsədov tərəfindən formalaşmasına dair açıqlamasına da münasibət bildirib: "Ona xatırlatmaq lazımdır ki, həmin vaxt bizdə düzgün seleksiya işləri qurulmuşdu. Biz heyəti 70 faiz dəyişmişdik. Yeri gəlmişkən, eşitmişəm ki, o, "Neftçi"dən gedəndən sonra deyibmiş ki, "Neftçi" qrup mərhələsinə vəsiqə qazansa, Bakının küçələrində lüt gəzəcək. Verdiyin sözə əməl etməmək yaxşı deyil. Heç kimə öz axmaq fikirlərini Azərbaycan mətbuatına açıqlamağı məsləhət görmürəm".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.