29 mart 2016 11:15
Vəli Qasımov Jayro ilə Cavid İmamverdiyev arasındakı davadan danışdı
"Neftçi"nin son məşqlərinin birində futbolçular arasında kiçik dava düşüb. Azerisport.az xəbər verir ki, məşqin sonunda Jayro ilə Cavid İmamverdiyev arasında mübahisə yaranıb.
Amma futbolçular arasındakı mübahisənin daha böyük davaya çevrilməsinə digər komanda yoldaşları imkan verməyiblər.
Komandanın baş məşqçisi Vəli Qasımov isə baş verən hadisə ilə bağlı saytımıza bunları söyləyib: "Elə ciddi bir şey baş verməyib. Futbolçular arasında kiçik mübahisə idi. Məşqdən sonra onlarla xüsusi söhbətimiz oldu. Kimin günahkar olduğunu açıqlamaq istəməzdim".
