29 mart 2016 00:30
Millimizin rəqibi Sloveniyaya qalib gəldi
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandaların bir neçə yoxlama oyunu baş tutub. Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Şimali İrlandiya da sınaq matçında qüvvəsini sınayıb.
Millimizin rəqibi doğma meydanda Sloveniya ilə qarşılaşıb. Matç irlandların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu qonaqların qapısından 42-ci dəqiqədə fərqlənən Konor Vaşinqton keçirib.
