Ansi Aqolli: Azərbaycan millisi daha yaxşı çıxış edə bilər
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının heyətində Avstriyaya qarşı keçirdiyi yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlərini belə şərh edib:
"Avstriyalıların birinci qolu zamanı mən Yankodan topu almağa çalışsam da, o, öz şansından yararlanmağı bacardı. Həmin epizodda mənim bəxtim gətirmədi. Oyuna pis başlamışdıq. Amma ikinci yarıda yaxşı oynasaq da, məğlubiyyətdən qaça bilmədik. Qarşıda Lüksemburqla oyunumuz var.
Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirdiyi yoxlama oyununa gəlincə, bu görüşü izləməmişəm. Amma Azərbaycan yığmasının uduzduğunu bilirəm. Nəzərə alsaq ki, bu, adi bir yoxlama oyunu idi, nəticə o qədər də önəməli deyil. Azərbaycan yığması daha yaxşı oynaya bilər. Çünki bu komandanın böyük potensialı var".
