29 mart 2016 00:05
Erat oynadı, Fortuna xal itirdi
Almaniya Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Verl" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Erat bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 43 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
