29 mart 2016 00:00
Nəzirov: Gəncədə maksimum nəticə qazanmaq istəyirik
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi "Kəpəz"lə çox çətin oyun gözləyir. Onların öz meydanında yaxşı azarkeş dəstəyi var. Evdə çox güclü çıxış edirlər. Bu mövsüm də özlərini yaxşı tərəfdən göstərə biliblər. Gəncədə yaxşı futbol sərgiləmək və maksimum nəticə qazanmaq istəyirik".
