28 mart 2016 18:20
Sumqayıt Xəzər Lənkəranla oyuna hazırlaşır
Topaz Premyer Liqasının 27-ci turuna hazırlığı davam etdirən "Sumqayıt" bu gün "Kapitan Bank Arena"da növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, martın 30-da "Xəzər Lənkəran"la qarşılaşacaq Samir Abasovun komandasında zədəli futbolçu yer almır.
Sadəcə, sarı vərəqə limitini dolduran Rasim Ramaldanov bu görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da start götürəcək. (klub saytı)
