28 mart 2016 18:00
Ruslan Qurbanov: Tənqidlərə fikir verməməyə çalışıram
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Qazaxıstana qarşı yoxlama oyunundakı (0:1) çıxışına görə ona ünvanlanan tənqidlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən artıq tənqidlərə alışmışam. Buna fikir verməməyə çalışıram. Təbii ki, Qazaxıstanla oyunda qol vursaydım, tənqidlər də olmazdı. "Neftçi"də qollar vurmağım sevindirir. Amma yığmada bu, alınmır. Öz üzərimdə daha çox çalışmalıyam. Bundan sonra millidə oynayıb-oynamayacağıma gəlincə, buna baş məşqçi Robert Prosineçkidən başqa heç kim qərar verə bilməz".
