28 mart 2016 17:00
Azərbaycan millisi 20 pillə geriləyə bilər
Futbol üzrə Azərbaycan yığması FİFA-nın yeni reytinq siyahısında geriləyə bilər. Azerisport.az xəbər verir ki, Antalyada (Türkiyə) Qazaxıstan yığmasına 0:1 hesablı məğlubiyyət millimizin mövqeyinə çox ciddi təsir göstərəcək.
Belə ki, komandamız hazırda hesabında olan 300 xalın 31-ni itirəcək. Bu azmış kimi, yığmamız 112-ci pillədən 132-ci yerə qədər geriləmək təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, FİFA-nın yeni reytinq siyahısı aprelin 7-də açıqlanacaq.
