28 mart 2016 16:40
AFFA yanında Media Komitəsinin elanı
AFFA yanında Media Komitəsinə üzvlərin qəbulu davam edir. Azerisport.az xəbər verir ki, üzv olmaq istəyən hər bir sayt, qəzet və jurnalın rəhbər şəxsi MK-ya ərizə ilə müraciət etməlidir.
Nümunə:
AFFA yanında Media Komitəsinə ərizə
Mən – Soyad / Ad / Ata adı/ rəhbərlik etdiyim "XXXXX" qəzetinin/saytının/jurnalının AFFA yanında Media Komitəsinin üzvlüyünə qəbul olunmasını xahiş edirəm.
İmza və tarix.
Ərizələrin skan formasını (şəklini) [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
Ərizələrin qəbulu aprelin 4-nə qədər davam edəcək.
AFFA yanında Media Komitəsinin üzvü olmayan qurumlar MK-nın elan edəcəyi layihələrə və müsabiqələrə qatıla bilməyəcək.
