28 mart 2016 15:40
Azərbaycan millisi Bakıya Prosineçkisiz qayıtdı
Futbol üzrə Azərbaycan yığması ötən gecə Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki və onun iki xorvatiyalı köməkçisi isə Türkiyədən birbaşa öz vətənlərinə yola düşüblər.
Onların da bu həftə ərzində ölkəmizə qayıtması gözlənilir.
Qeyd edək ki, martın 24-dən Türkiyədə təlim-məşq toplanışında olan yığmamız Antalyada Qazaxıstana qarşı yoxlama oyunu keçirdi və 0:1 hesabıyla uduzdu.
