28 mart 2016 15:20
İnterdə paytaxt derbisi öncəsi iki xoş xəbər
Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi”ni qəbul edəcək "İnter" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, martın 24-dən etibarən hazırlığa başlayan "İnter" bu gün də məşq edib.
Serbiyada müayinədən keçən kapitan Nizami Hacıyev artıq komandayla birlikdə məşq edir. Uzun müdətdir zədədən əziyyət çəkən Rauf Əliyev də komandanın məşqlərinə qoşulub.
"İnter"in zədəli futbolçusu Qara Qarayev isə növbəti görüşü buraxacaq.
Qeyd edək ki, “İnter” – “Neftçi” matçı martın 30-da “İnter Arena”da keçiriləcək və saat 18.00-da start götürəcək. (klub saytı)
