28 mart 2016 12:40
Ramil Şeydayev: Azərbaycan ilə matçın ilk yarısını boşa verdik
Rusiyanın U-21 yığmasının Azərbaycan əsilli hücumçusu Ramil Şeydayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Birinci hissəni boşa verdik. Elə də çox qol vəziyyəti yarada bilmədik. Fasilədən sonra oyunumuzu yaxşılaşdırdıq. Amma standart vəziyyətlər nəticəsində üzücü qollar buraxdıq. Ümumiyyətlə, bu, bizim ən problemli cəhətimizdir. Daha diqqətli oynamağımız lazımdır".
