28 mart 2016 00:20
"Dünya çempionatına vəsiqə qazanmaq üçün Bakıda qollar vurmalıyıq"
Futzal üzrə Hollandiya yığmasının kapitanı Yoşua Sant-Yuste dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirəcəkləri cavab pley-off matçı öncəsi şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz ilk oyunda Azərbaycana qalib gəlməyi planlaşdırmışdıq. Amma sonda böyük hesablı məğlubiyyətlə üzləşdik. Düzdür, futzalda belə hesablar elə də ciddi fərq hesab olunmur. Bu üzdən də bizim hələ Kolumbiyaya yollanmaq şansımız qalır. Sadəcə, bu çox azdır. Bunun üçün Bakıda qollar vurmalıyıq. Sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, millimiz səfərdə hollandlara 5:1 hesabıyla qalib gəlib. Cavab görüşü aprelin 12-də Bakıda keçiriləcək.
