28 mart 2016 00:10
"Azərbaycanla matçda erkən qol oyunu dəyişdi"
Qazaxıstan yığmasının yarımmüdafiəçisi Serikjan Mujikov Antalyada (Türkiyə) Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Matçdan öncə Türkiyədə dörd gün məşq etsək də, tam uyğunlaşa bilməmişdim. Hər məşqdə hiss edirdim ki, çətinliklə nəfəs alıram. Elə oyunda da oxşar hal hökm sürürdü. Yalnız matçın ikinci hissəsində özümü yaxşı hiss etməyə başladım. Amma fasilədən sonra dərhal da əvəzləndim. Hər halda bu, yoxlama matçı idi və altı əvəzetmə etmək mümkün idi. Erkən qol oyunu çox dəyişdi. Təbii ki, biz daha sakit oynamağa başladıq".
