28 mart 2016 00:00
İsrafilov 75 dəqiqə oynadı, komandası uduzdu
Futbol üzrə İspaniyanın ikinci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda La Liqaya vəsiqə uğrunda əsas rəqiblərindən biri olan "Alaves"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. O, 7-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında altıncı pillədə qərarlaşıb. "Alaves" isə bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıraraq, ikinci pilləyə yüksəlib.
