27 mart 2016 16:00
Maksat Bayjanov: Azərbaycan millisinə erkən qol vurmağı öncədən planlaşdırmışdıq
Qazaxıstan yığmasının yarımmüdafiəçisi Maksat Bayjanov Antalyada (Türkiyə) Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Hər şey bizim üçün yaxşı alındı. Planlaşdırdığımız kimi erkən qol vurduq. Amma matç çətin keçdi. Əsas odur ki, pis oynamadıq və qonşu ölkənin komandası üzərində prinsipial qələbə qazandıq. Yığmadakı ilk qolumu vurdum. Birinci qol həmişə yaddaqalan olur. Bu da istisna deyil. Şadam ki, bu qol yığmamıza qələbə gətirdi. Bu qolu ailəmə, yaxınlarıma, qohumlarıma həsr etmək istərdim".
