27 mart 2016 15:00
Eldos Axmetov: Gürcülər yəqin ki, ustalıq baxımından azərbaycanlılardan da üstündür
Qazaxıstan yığmasının müdafiəçisi Eldos Axmetov Antalyada (Türkiyə) Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Azərbaycan yığması mənim cinahımdan daha çox hücum qurmağa çalışırdı. Daim boş oyunçuya rast gəlmək olurdu. Bu üzdən də işim çox oldu. Əsas odur ki, qələbə qazandıq. Maksat Bayjanovun vurduğu qola gəlincə, sadəcə, şedevr idi. Qarşıda Gürcüstan yığması ilə oyun var. Asan olmayacaq. Çünki rəqibin texnikalı və sürətli oyunçuları var. Yəqin ki, ustalıq səviyyəsi də Azərbaycan yımasından daha yaxşı olar. Yaxşı oyun sərgiləyəcəyimizə ümid edirəm. Azarkeşlərimizi sevindirmək istəyirik".
