Baş katib: Azərbaycanla oyun heç də asan olmadı
Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin Antalyada (Türkiyə) Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, millimiz üzərindəki 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Oyun komandamız üçün heç də asan alınmadı. Rəqib kifayət qədər səviyyəli və ciddi komanda idi. Yaxşı oyunçulara, səviyyəli baş məşqçiyə malikdir. Eyni zamanda Qazaxıstan yığmasının məşqçiləri də özlərini yaxşı tərəfdən göstərə bildilər. Qısa müddətli Türkiyə toplanışı zamanı çox məhsuldar iş görüldüyünü qeyd etmək istərdim. Qazaxıstanlı azarkeşləri qələbə münasibətilə təbrik etmək istərdim. Qarşıda çətin Gürcüstan səfəri var. Ümid edirəm ki, komandamız orada da özünü yaxşı tərəfdən və yüksək səviyyədə göstərə biləcək".
