27 mart 2016 14:00

Bədavi Hüseynov: Kapitan sarğısının mənə tapşırılması gözlənilməz oldu

Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov Antalyada (Türkiyə) Qazaxıstan yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

"Rəqib oyuna yaxşı başladı. Çox güclü pressinq tətbiq edirdilər. Eyni zamanda standart vəziyyətlər zamanı rəqibin düşünülmüş davranışlarına hazır deyildik. Buna görə də gözlənilməz qol buraxdıq. Baxmayaraq ki, oyuna heç də pis başlamamışdıq. Komandamız ilk dəfə deyil ki, bu qədər qol epizodu yaradıb, onlardan yararlana bilmir".

Hüseynov Rəşad Sadıqovun kapitan sarğısını ona verməsinə də münasibət bildirib: "Sadıqov meydanı tərk edəndə kapitan sarğısını mənə verdi. Bu, mənim üçün gözlənilməz oldu. Çünki oyundan öncə bu barədə danışmamışdıq. Mən sarğını Kamran Ağayevin alacağını zənn edirdim. Axı o, yığmada uzun müddətdir çıxış edir. Amma Robert Prosineçki sarğını mənə həvalə etdi. Buna normal yanaşıram. Fikrimcə, bu, məsuliyyəti daha da artırır. Baş məşqçi kapitan sarğısını mənə həvalə edirsə, deməli, gələcəkdə də mənə güvənəcək".

Bədavinin sözlərinə görə, ikinci hissədə meydana çıxan futbolçular komandamızı gücləndirdilər: "Baş məşqçi altı əvəzetmə etdi. Fikrimcə, onların hər biri öz tapşırığının öhdəsindən layiqincə gəldi. Xüsusilə cinahlarımız çox sürətli idi. Namiq Ələsgərovla Cavid Tağıyev oyuna yaxşı qoşuldular. İkinci hissədə biz hücum edən tərəf idik. Rəqibə meydanın özünə aid hissəsindən çıxmağa imkan vermirdik. Əslində, matça belə başlamaq lazım idi. Amma alınmadı".

Müdafiəçi sonda "Qarabağ"ın çempionatdakı çıxışına da toxunub: "Toplanış bitən kimi klubun düşərgəsinə dönəcəyik. Belə gərgin qrafikə alışmışıq. Bərpa olmaq üçün bir neçə günə ehtiyac var. Ondan sonra Premyer Liqa oyunlarına köklənmək lazım gələcək".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.