Naci Şensoy: İnanıram ki, Turan yenidən Premyer Liqaya qayıdacaq
"Turan"ın sabiq baş məşqçisi Naci Şensoy Tovuz klubunun Əsgər Abdullayevə həvalə olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Abdullayev mənim köhnə dostumdur. O, çox təcrübəli mütəxəssisdir. İnanıramki, "Turan" yenidən Azərbaycan Premyer Liqasına qayıdacaq. Ona uğurlar arzulayıram. Əsgər Abdullayevin "Neftçi"də çalışdığını, bu klubdan ayrıldığını bilirəm. Bakı klubunda işlər elə də qaydasında getmir və bunun məşqçilərlə bağlı olduğunu düşünmürəm. Mən özüm "Turan"da çalışmağa həmişə hazıram. Çünki Tovuz mənim üçün doğma yerdir. Hər şey klub rəhbərliyinin şərtlərindən, hədəflərindən asılıdır. Mən kiçik ideyalar üçün çalışmıram. Qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsini qoyan klubda çalışmaq istəyərəm. Belə olsa, Tovuz klubunda çalışmağa hazıram".
