27 mart 2016 12:30
Emin Nurinin komandası fin klubuna qalib gəldi
İsveçin "Kalmar" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası Finlandiyanın "Seynyayoki" klubu ilə üz-üzə gəlib.
Matç 1:0 hesabıyla İsveç təmsilçisinin xeyrinə başa çatıb. Məşqçilər korpusu kiçik zədəsi olan Emin Nuriyə bu oyunda istirahət veriblər.
Qeyd edək ki, gələn həftə İsveç çempionatında yeni mövsümə start veriləcək. "Kalmar" mövsümün açılış matçında "Yonçopinq" klubu ilə üz-üzə gələcək. Həmyerlimizin də həmin oyuna qədər sıraya dönməsi gözlənilir.
