27 mart 2016 12:00
Ansi Aqolli oynadı, Albaniya Avstriyaya uduzdu
Futbol üzrə Albaniya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu bu komanda Avstriya ilə üz-üzə gəlib.
Matç albanların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ağdam klubunun müdafiəçisi 90 dəqiqə mübarizə aparıb.
