Millimizin rəqibi İngiltərəyə uduzdu
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandaların bir neçə yoxlama matçı baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin Antalyada (Türkiyə) Qazaxıstana 0:1 hesabıyla uduzduğu gündə DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən biri - Almaniya da meydana çıxıb.
Sözügedən ölkə yığması İngiltərə ilə üz-üzə gəlib. Millimizin rəqibi bu oyunda qələbəni əldən verməsi azmış kimi, sonda meydanı məğlubiyyətlə tərk edib - 2:3.
Matçda hesabı meydan sahibləri açıblar. Almanların heyətində ilk qolu 43-cü dəqiqədə Toni Kroos vurub. 57-ci dəqiqədə Türkiyənin "Beşiktaş" klubunun ulduz forvardı Mario Qomes hesab arasındakı fərqi artırıb. Amma 61-ci dəqiqədə britaniyalılar buraxılan qollardan birinin əvəzini çıxıblar. Matçın sonunda daha iki top vuran İngiltərə yığması əzmkar qələbəyə imza atıb - 3:2.
