26 mart 2016 21:40
Qara Qarayev: Qazaxlara çox şans vermədik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev Antalyada (Türkiyə) Qazaxıstana qarşı keçirilmiş yoxlama oyununu (0:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, bizdə yaxşı oyun alındı. Bu görüşdə buraxdığımız səhvləri analiz edəcəyik və növbəti matça qədər aradan qaldırmağa çalışacağıq. Rəqib matçın ilk dəqiqələrindən pressinq tətbiq etməyə başladı. Gördüyünüz kimi, Qazaxıstan yığmasına çox da şans vermədik. Amma onlar künc zərbəsindən sonra ələ düşən şansdan yaxşı yararladılar Fasilədə baş məşqçi Robert Prosineçki boş buraxdığımız mövqeləri bizə izah etdi. Ondan sonra həmin səhvləri təkrar etməməyə çalışdıq". (CBC)
