26 mart 2016 16:30
Şehiç ölkəsinin yığması ilə 3 cavabsız qola sevindi
Futbol üzrə Bosniya və Herseqovina yığması ötən gecə yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkə yığması Lüksemburqla qarşılaşıb.
Matç 3:0 hesabıyla bosniyalıların xeyrinə başa çatıb. Bu qarşılaşmada "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də iştirak edib. Bosniyalıların baş məşqçisi onu matçın fasiləsində, hesab 0:0 olarkən buraxıb. Məhz ikinci yarıda komanda yoldaşları 3 qol vuraraq, qələbəni təmin ediblər. Şehiç isə qapısını toxunulmaz saxlamağı bacarıb.
